AZ

“Beşiktaş” finalda - VİDEO

Türkiyə kubokunda ilk finalçı bəlli olub.

İdman.biz xəbər verir ki, “Beşiktaş” “Ankaragücü”nü mübarizədən kənarlaşdırıb.

Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasının taleyini isə 1 qol həll edib. Muci “qara qartallar”ı finala yüksəldən topun müəllifi olub.

Qeyd edək ki, digər cütdə “Karagümrük” – “Trabzonspor” (2:3) cavab matçı keçiriləcək.

Türkiyə kuboku
Yarımfinal, cavab oyunu

“Beşiktaş” – “Ankaragücü” – 1:0
İlk oyun – 0:0

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
8
Mənbələr
Şərh ()
Bağla