AZ

Üstlərindən maşın keçdi, qalxıb analarının yanına qaçdılar

Üstlərindən maşın keçdi, qalxıb analarının yanına qaçdılar



 23:48 07.05.2024     546

Qaziantepdə park edildikdən sonra əl əyləci tam çəkilməyən avtomobil arxaya sürüşərək anası ilə küçədə gedən iki uşağın üstündən keçib.

Demedia.az xəbər verir ki, dəhşətli qəza kameralara saniyə-saniyə əks olunarkən, maşının altında qalan iki uşağın dərhal ayağa qalxaraq analarının yanına qaçması diqqət çəkib.

Dəhşətli qəza Şahinbəy rayonunun Vətən səmtində baş verib. İddialara görə, dövlət nömrə nişanı və sürücüsü məlum olmayan avtomobil əl əyləci tam basılmadığı üçün park edilib və daha sonra geriyə yuvarlanıb. Maşın sürüşərək anası ilə küçədə gedən iki uşağı əzib, daha sonra dayanmadan əvvəl daha iki qadını və bir iş yerini vurub.

Dəhşətli qəzadan sonra küçədə böyük çaxnaşma yaşansa da, qəza anları yaxınlıqdakı təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub. Görüntülərdə avtomobilin arxaya sürüşərək anası ilə küçədə gedən iki uşağı əzdiyi görünür. Maraqlıdır ki, qəzadan sonra avtomobilin altında qalan iki uşaq dərhal ayağa qalxaraq analarının yanına qaçıblar. Xoşbəxtlikdən, burnundan belə qan çıxmayan uşaqlar ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Müayinələrində heç bir neqativ hal olmayan uşaqlar evə buraxılıblar.

Aysun / Demedia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla