AZ

“İsrailin Rəfah əməliyyatı atəşkəs vasitəçiliyi səylərinə zərbə vurur” – HƏMAS


“HƏMAS hərəkatı Qəzza zolağında təcavüzün artması fonunda İsraillə girov mübadiləsi razılaşmasına başlamayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu qruplaşma rəhbərliyinin üzvü Usamə Həmdan Beyrutda hərəkatın teleqram kanalında yayımlanan mətbuat konfransında deyib.
“Biz BMT-ni işğal rejiminə təzyiq göstərməyə və yüz minlərlə məcburi köçkünü təhdid edən və Qəzzada Fələstin xalqının soyqırımına son qoyulması və barışığa nail olmaq üçün vasitəçilik səylərini sarsıdan Rəfahdakı hərbi əməliyyatı dayandırmağa çağırırıq”, - Həmdan bildirib.
Eyni zamanda o, İsrailə xəbərdarlıq edib ki, Rəfahın işğalı onun üçün asan addım olmayacaq:
“HƏMAS-ın atəşkəs təşəbbüsü ilə razılaşması İsrailin Baş naziri Benyamin Netanyahunu siyasi məğlubiyyətə məhkum edib. İsrailin Rəfah keçid məntəqəsinə hücumunu və Misirlə sərhəddəki Filadelfiya dəhlizinin işğalını Netanyahu və onun ekstremist kabinetinin üzlərini xilas etmək üçün çıxılmaz cəhdidir”.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri daha əvvəl Rəfah şəhərinin şərq hissəsində anti-terror əməliyyatına başladığını, həmçinin HƏMAS-ın bölgədəki hərbi obyektlərinə zərbələr endirdiyini və 20 silahlı radikalı məhv etdiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla