AZ

Si Cinpin Ukrayna ilə bağlı sülh konfransının dəstəklənməsi şərtini açıqlayıb

Çin Ukraynadakı vəziyyətin nizamlanması üçün beynəlxalq konfransın keçirilməsini dəstəkləməyə hazır olduğunu bildirib, bir şərtlə ki, belə bir təşəbbüs həm Kiyev, həm də Moskva tərəfindən dəstəklənsin.

NOCOMMENT.az xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin Parisdə Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukrayna və Rusiyanın razılığı əsasında beynəlxalq sülh konfransının keçirilməsi ideyasını dəstəkləyirik”, – Si Cinpin deyib. O vurğulayıb ki, belə bir tədbirdə bütün iştirakçılar bərabər imkanlara malik olmalı və münaqişənin həlli üçün müxtəlif variantları obyektiv şəkildə nəzərdən keçirmək lazımdır.

Çin lideri Ukrayna probleminin gələcəkdə həlli üçün qarşılıqlı etimadı bərpa etmək üçün bütün maraqlı tərəflər arasında təmasları və dialoqu bərpa etmək lazım olduğu fikrini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla