AZ

"Bavariya" ten Haqın xidmətindən imtina etdi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Bavariya"ya rəhbərlik etməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Bild" xəbər yayıb.

Mənbənin sözlərinə görə, “Bavariya” rəhbərliyi Hans-Diter Fliki dəvət etməyə daha çox meyllidir.

Almaniya nəhənginin hazırkı sükançısı Tomas Tuxelin cari kampaniya başa çatdıqdan sonra postunu tərk edəcəyi daha əvvəl bildirilmişdi.

32 turun nəticələrinə əsasən, "Bavariya" Bundesliqa turnir cədvəlində ikinci yerdədir. Komandanın aktivində 69 xal var. Mayın 12-də, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək çempionatın 33-cü turu çərçivəsində “Bavariya” doğma meydanda “Volfsburq”u qəbul edəcək.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
Mənbələr
Şərh ()
Bağla