AZ

Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi "TikTok" video platformasında məşhurlaşan Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Ednews xəbər verir ki, buna səbəb tiktokerin mərhum sənətçi ilə bağlı canlı yayımda xoşagəlməz və nalayiq ifadələr işlətməsi olub.

"Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan (daha sonra nalayiq ifadələr işlədir - red.)", - deyə Ləman sosial şəbəkədə açdığı canlı yayım zamanı deyib.

Sosial şəbəkələrdə yayılan həmin video xanəndənin ailəsini narahat edib. Onlar Aygün Bəylərin sosial şəbəkə hesabı vasitəsi ilə hüquq mühafizə orqanlarına müraciət postu yayımlayıblar:

"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".

Qeyd edək ki, L.Vəliyeva "TikTok" video platformasında daha əvvəl də qeyri-etik ifadələr səsləndirdiyinə görə polis bölməsinə çağırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla