AZ

Zaqatalada kütləvi zəhərlənmə ilə bağlı araşdırma

Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərləniblər.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosesual hərəkətlər yerinə yetirilib.

* * *

22:55
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənib Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

* * *

21:37
Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 15 nəfər (10 qadın, 5 kişi) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, onlardan 5-i uşaqdır.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda müayinə və müalicələri davam etdirilir", - məlumatda bildirilir.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
1
Mənbələr
Şərh ()
Bağla