AZ

Belarus nüvə silahından istifadənin hazırlığına başlayır - Rusiya ilə birgə planlar


Belarus və Rusiya taktiki silah daşıyıcılarından istifadə etməklə birgə yoxlamalar aparacaqlar.



Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Minsk hərbçilərin nüvə silahının hərbi hissələrə çatdırılması, eləcə də qurğulara yüklənməsi və hücum təyyarələrinə asılması üzrə bacarıqlarını sınayacaq. Sınaq zamanı Rusiyanın “İsgəndər” raket komplekslərinin bölmələri və Belarusun “Polonez” reaktiv yaylım atəşi sistemləri nüvə silahı ilə işləmələrini sınaqdan keçirəcək. Hadisələr Rusiya ilə sinxronlaşdırılır.


Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xreninin sözlərinə görə, respublikada taktiki nüvə silahı daşıyıcılarının yoxlanılması zamanı sınaq nüvə zərbələri tətbiq olunacaq. Xrenin taktiki nüvə silahı ilə zərbələrin planlaşdırılması, hazırlanması və tətbiqindən tutmuş bütün fəaliyyət spektrinin yoxlanılacağını vurğulayıb.


Elcan
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla