AZ

RBC: Rusiyada şokolad bahalaşacaq

...Rusiya Federasiyasında şokolad və şokolad məhsulları istehsalçıları pərakəndə satış şəbəkələrinə məhsullarının bahalaşması ilə bağlı xəbərdarlıq ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC ərzaq bazarındakı öz mənbələrinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, şokoladın qiyməti təxminən 10-20 faiz artacaq.

Eyni zamanda, kakaonun bahalaşması fonunda təchizatçı xidmətlərinin qiymətlərinin artması səbəbindən məhsullar artıq 2024-cü ilin əvvəlindən 20-50 faiz bahalaşıb.

Pərakəndə satış şəbəkələrinin qiymət siyasətinə düzəlişlər hələ də vəziyyəti yaxşılaşdırmayıb.

“Rusprodsoyuz”un icraçı direktoru Dmitri Vostrikovun sözlərinə görə,bu, zəruri tədbirdir, çünki şokolad fabrikləri görünməmiş xərc artımı ilə üzləşib.

Bütün istehsalçılar qiymətləri yenidən qaldırmır, lakin sənaye şokoladı istehsal edən müəssisələr arasında elələri var ki, istehsal xərclərinə görə qiymətləri qaldırmadan etmək mümkün deyil.

...Bu aradaSankt-Peterburqmehmanxanalarında qiymətlərin artması da məlum olub. Belə ki, yanvar-aprel aylarında bir gecənin orta qiyməti 5200 rubla çatıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla