AZ

Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti saxta kampaniyalar ilə bağlı müraciət edib

Bakı. Trend:

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindənSəhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adındansaxta kampaniyalar həyata keçirilir. Belə ki, yaradılan saxtahesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pulverdiyi bildirilir.

Trend-inməlumatına görə, bu barədə Səhiyyə Nazirliyi ilə Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətininbirgə məlumat yayıb.

Bildirilib ki, vəsaitin alınması məqsədi ilə istifadəçilərəsaxta “Telegram” kanalına daxil olmaq təklif olunaraqistifadəçilərin bank kartı məlumatları tələb olunur. Bununla davəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlartərəfindən oğurlanır.

Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgəvətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansıqurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarlaqarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxudqurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyitövsiyə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
32
Mənbələr
Şərh ()
Bağla