AZ

Azərbaycan və İran prezidentləri sərhəddə su bəndinin açılışında iştirak edəcək

İran və Azərbaycanın ən böyük ortaq layihəsi olan “Qız Qalası” su bəndi yaxın günlərdə istifadəyə veriləcək. İran prezidenti İbrahim Rəisi və Azərbaycan prezidenti İlham Əliyev açılşda iştirak edəcək.

Azpost.info bildirir ki, bu barədə İranın “Mehr” agentliyinə İranın Şərqi Azərbaycan əyalətinin regional su şirkətinin rəhbəri Yusif Qafarzadə bildirib.

Qafarzadənin sözlərinə görə, ölkənin şimal-qərbində mühüm layihə olan bənddə tikinti işləri başa çatıb. Qız Qalası su bəndi Xudafərin su bəndindən 12 km aşağı hissədə yerləşir. Bu su bəndinin 62 milyon kubmetr su tutumu var.

Bu su bəndi ildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyard kubmetr İran üçün) suyu tənzimləyəcək.

N.Qafarzadənin sözlərinə görə, bu nəhəng su layihəsinin fəaliyyətə başlaması təkcə su ilə təmin edilməyəcək, həm də iqtisadi inkişafa, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəlməsinə və turizmin inkişafına gətirib çıxaracaq.

O, layihəni regionda ən iri irriqasiya layihələrindən biri kimi dəyərləndirib.

İran mediası yazır ki, Təbrizdən 220 km şimal-şərqdə yerləşən “Qız Qalası” bəndi Araz çayı üzərində, İran və Azərbaycanın birgə sərhədində tikilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla