AZ

"İkinci yer də mənim üçün çempionluğa bərabərdir"

"İkinci yer də mənim üçün çempionluğa bərabərdir".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan Kubokunun finalında "Araz-Naxçıvan"a uduzan "Baku Fire"nin baş məşqçisi Teymur Eyvazov deyib.

Mütəxəssis matçın çox gərgin keçdiyini söyləyib:

"Hər iki komanda Azərbaycan Kubokuna sahib olmaq istəyirdi. Bunu meydanda gedən mübarizədən görmək olardı.

Keçən mövsüm ölkə kubokunun sahibi oımuşduq. Bu mövsüm də titulu qoruyub saxlamaq istəyirdik.

Amma rəqib güclüdürsə, bu çox çətindir. Komandam oyuna tam hazır idi.

Belə keçəcəyini bilirdik. Meydançadakı hadisələr bəzən bizim xeyrimizə olmurdu.

Uşaqlardan çox razıyam. Finala, çempionluğa layiq oyun göstərdilər. İkinci yer də mənim üçün çempionluğa bərabərdir".

Ffinal görüşünün əsas və əlavə vaxtı 5:5 hesabı ilə bitib. "Araz-Naxçıvan" penaltilər seriyasında 5:4 hesablı qalibiyyətə sevinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla