AZ

Kadırov: "Ukraynanı ələ keçirin və Zelenskini həbs edin"

Rusiya ordusu may ayında Odessa və Xarkov üzərində nəzarəti bərqərar etmək üçün “daha ​​aktiv hücuma keçməlidir”.


Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra jurnalistlərlə söhbətində deyib.


“Hesab edirəm ki, daha aktiv hücum etmək lazımdır, hələ vaxt var, güclü zərbələr endirmək lazımdır. Bu ay biz yaxın əraziləri işğal etməliyik, mütləq Odessa və Xarkovu işğal etməliyik. Sonra Zelenskini həbsxanaya salın və onu Rusiya üçün, dövlətimizin təhlükəsizliyi, vətəndaşlar, Ukrayna ərazisində yaşayan rusdilli əhali üçün lazım olan bütün sənədləri imzalamağa məcbur edin”, - deyə Çeçenistan lideri bildirib.



Kadırov iddia edib ki, Kiyevə yardım edən Avropa ölkələri Ukrayna ərazilərini işğal etmək istəyir və Rusiya buna imkan verməməlidir.



“Avropa nəsə deyəndə və insanlar onlara diqqət yetirəndə təəccüblənirəm. Avropanın orada heç nəyi yoxdur. Onların üstündə isə ABŞ-nin müdafiə naziri dayanır. Orada heç nə edə bilməzlər. Onların ayırdıqları pul Ukraynaya çatmır.
 

Onlar soymaq, sonra əraziləri işğal etmək və o əraziləri Avropa dövlətlərindən birinə vermək istəyirlər. Ona görə də buna imkan verməməliyik. Biz bütün əraziləri Ukraynadan almalıyıq”, - Çeçenistan rəhbəri vurğulayıb.

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla