AZ

Türkiyədə Məxdumqulu Fəraqinin doğumunun 300-cü ildönümü qeyd olundu

Türkiyənin Pamukkale Universitetində türkmən ədəbiyatının görkəmli nümayəndəsi, türkmən ədəbi dilinin yaradıcısı Məxdumqulu Fəraqinin doğumunun 300-cü ildönümü münasibətilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Türk Yurdları Mədəniyyət və Sənət Cəmiyyəti ilə Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrası tərəfindən təşkil olunan anma tədbirində Fəraqinin fotolarından və əsərlərindən ibarət sərginin açılışı olub.

Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının dosenti Sonər Sağlam Fəraqinin Pamukkale Universitetində tədrisi ilə bağlı məlumat verib. Sağlam bildirib ki, kafedrada “Məxdumqulu və türkmən ədəbiyyatı araşdırmaları” adlı dərs tədris edilir. Soner Sağlam diqqətə çatdırıb ki, tədbirdə sərgilənən rəsm əsərləri də bu dərsi alan tələbələr tərəfindən hazırlanıb. Kafedranın dosenti türk dünyasında mədəni birliyin təkil edilməsi üçün bu kimi tədbirlərin keçirilməsinin önəminə diqqət çəkib.

Tədbir tələbələrin hazırladığı təqdimatlarla davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla