AZ

Xerardo Martino Anxel Di Mariyanın mümkün keçidi haqda danışdı - ARENA.AZ

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino “Benfika”nın yarımmüdafiəçisi Anxel Di Mariyanı bu yay transfer etmək imkanından danışıb.

Arena.az argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İdman direktorundan Anxel ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Həqiqət budur ki, mən iqtisadi və ya hüquqi baxımdan onu almaq imkanında olduğumuzu bilmirəm və ya şübhə etmirəm.
Liqada müəyyən iqtisadi məhdudiyyətlər var və biz onlara tam şəkildə əməl edirik. Amma bu gün heç kimi, xüsusən də belə müstəsna oyunçunu almaq imkanı görmürəm”, deyə Xerardo Martino vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin yayında İtaliyanın “Yuventus” klubundan ayrılan Anxel Di Mariya Portuqaliya təmsilçisi “Benfika”ya keçib. Argentinalı yarımmüdafiəçinin bu klubla müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulsa da, tərəflər onu daha 1 il uzada bilərlər.

Argentinalı ulduz daha öncə 2007-2010-cu illər aralığında da “Benfika”nın uğurları üçün çalışıb. O, Lissabon təmsilçisində bütövlükdə 171 oyun keçirib, 31 qol və 43 assistlə yadda qalıb. Cari mövsümdə isə Di Mariya 47 oyuna çıxıb, 16 qol və 15 assist edib.

Di Mariya karyerası ərzində PSJ (295 oyun, 93 qol, 119 assist), “Real” (190 oyun, 36 qol, 85 assist), “Yuventus” (40 oyun, 8 qol, 7 assist), “Rosario Sentral” (39 oyun, 6 qol, 2 assist) və “Mançester Yunayted” (32 oyun, 4 qol, 12 assist) kimi klublarda da forma geyinib. O, Qətərdə dünya çempionu olduğu Argentina yığmasının heyətində 138 oyun keçirib, 30 qola imza atıb, 30 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla