AZ

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

"Counterpoint" analitik şirkəti 2024-cü ilin birinci rübü üçün qlobal smartfon satışları haqqında hesabat dərc edib.

Valyuta.az xəbər verir ki, bu ilin əvvəlində ən populyar smartfon flaqman "iPhone 15 Pro Max", sonra "iPhone 15", "iPhone 15 Pro", "iPhone 14" olub, yalnız beşinci yerdə "Samsung Galaxy S24 Ultra" qərarlaşıb.

Ən çox satılan 10 smartfonun hamısı yalnız iki şirkətin - "Apple" və "Samsung"un cihazlarından ibarət olub. Beləliklə, altıncı yerdən onuncu yerə qədər "Galaxy 15 5G", "Galaxy A54", "iPhone 15 Plus", "Galaxy S24" və "Galaxy A34" qərarlaşıb.

"Counterpoint" hesab edir ki, "iPhone 15 Pro Max" şirkətin smartfon gəlirlərinin 60%-dən çoxunu təşkil edib. Bundan əlavə, "Pro" versiyalarının satışı 2020-ci ildən bəri 24%-dən 50%-ə yüksəlib.

Mütəxəssislər qeyd edirlər ki, "iPhone 15 Pro Max"ın liderliyi gözlənilməz olub, çünki alıcılar adətən ilin birinci rübündə əsas versiyalara üstünlük verirlər. Bu, çox güman ki, smartfonların xidmət müddətinin artması ilə əlaqədardır. İstifadəçilər cihazlarından daha uzun müddət istifadə edirlər və təkmilləşdirmə vaxtı gələndə xəttin flaqmanlarını seçirlər.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
14
Mənbələr
Şərh ()
Bağla