AZ

Ayaqların üşüməsi nədən xəbər verir?

Bəzi insanlar qalın geyinsələr də, hava isti olsa da, ayaqlarının üşüməsindən, donmasından şikayət edirlər. 

Bəs görəsən bu nədən belə olur?

Hit.az-ın sualını cavablandıran terapevt Sevinc Qurbanova bildirib ki, əgr ayaqlar donursa, pasiyent damar cərrahı ilə məsləhətləşməlidir:

"Müəyyən etmək lazımdır ki, damarlarda problem var, yoxsa yoxdur. Varikoz genişlənməsi olan şəxslərdə ayaqların üşüməsi halına çox rast gəlinir. İkincisi, əgər qanda hemoqlobin səviyyəsi aşağıdırsa , bu da ayaqların, əllərin üşüməsinə səbəb olur. Dəmir çatışmazlığı bu kimi əlamətlərə yol açır. Hormonal problemlər də üşümə ilə nəticələnə bilər. Onurğasında yırtıq olan, ürək problemləri yaşayan insanlar da ayaq donmasından şikayət edirlər".

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla