AZ

Kosta 100-dən çox insanı xilas etdi

style='margin-bottom:10px;'>

"Atletiko" və "Çelsi"nin sabiq hücumçusu Dieqo Kosta dostları ilə birlikdə Braziliyanın Rio-Qrandi-du-Sul ştatında baş verən daşqından 100-ə yaxın insanı xilas edib.

QOL.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Kosta məşqdən sonra evə qayıdarkən təbii fəlakət səbəbindən köməyə ehtiyacı olan bir qrup insana rastlaşıb. Futbolçu öz hidrosiklini verərək onlara dəstək olub. Bundan əlavə, D. Kosta su nəqliyyat vasitələri olan dörd dostunu çağırıb.

Bildirilir ki, onlar ümumilikdə 100 nəfərə yaxın insana lazımi yardım göstəriblər.

Qeyd edək ki, 35 yaşlı hücumçu hazırda Braziliyanın "Qremio" klubunun oyunçusudur. Sözügedən klubun ev oyunlarını keçirdiyi "Qremio Arena"nı da sel səbəbindən su basıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla