AZ

"COP29 dünyada sülhə nail olmaq üçün yaxşı fürsət ola bilər"

“Hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, müharibələr davam edir. Bu qanlı toqquşmalar dünyamız üçün fəlakətlərə səbəb olur. Bəşəriyyətin gələcəyi naminə qarşıdurmalara son qoymaq və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu mənada, Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 tədbiri yaxşı fürsət ola bilər”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan COP29 zamanı dünyada hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdı:

"Tarixə nəzər salsaq görərik ki, bütün irimiqyaslı qlobal tədbirlər həmişə barışıq fəlsəfəsinə əsaslanıb. Məsələn, Olimpiya hərəkatı ilə müharibə ideyaları bir-birinə tamam ziddir. Olimpiadalar zamanı hətta münaqişə şəraitində olan ölkələrin belə nümayəndələri idman yarışlarına çıxaraq qüvvələrini sınayırlar. Qalib mütləq qaydada rəqibinin əlini sıxır. Bu, sağlam mübarizədir və bütün dünyada barışıq yaratmağa xidmət edir".

Millət vəkilinin sözlərinə görə, ölkəmizin ev sahibliyi edəcəyi COP29-da əhatə dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən biri sayılır:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla