AZ

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb.

BiG.AZ xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər.

Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosial media platformasındakı paylaşımlarına görə, səhər saatlarında tələbələr məktəbin qarşısına toplaşıblar.

Məktəbin giriş qapısı önünə zibil qutuları və velosiped yığan tələbələr "Yaşasın Fələstin", "Biz ədalət istəyirik" şüarları səsləndiriblər.

Hadisə yerinə gələn polis etirazçıları məktəbin qarşısından uzaqlaşdırıb.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
Mənbələr
Şərh ()
Bağla