AZ

“Rəhbərlikdən hesabatı sonda tələb edəcəyik” - “Forza Neftçi” 0:5-i necə qarşılayıb?

Avrokuboklara iddialı 4 komanda arasında ən çətin vəziyyətdə olan “Neftçi”di.

50 xalla 5-ci pillədə qərarlaşan “ağ-qaralar” “Zirə”, “Sabah” və “Sumqayıt”dan 1-2 xal geri düşüb. 33-cü turda “Qarabağ”dan alınan acı məğlubiyyət heç yerinə düşmədi.

İş orasındadı ki, azarkeşlərlə aradakı buzları yenicə əridən “Neftçi” onları sarsıtdı. Bu üzdən bir neçə gün əvvəl boykota son qoyan “Forza Neftçi”nin son 3 turda hansı addım atacağı çox maraqlıdı. Görəsən, fanklub komandaya dəstəyi davam etdirəcəkmi?

Bu sualı “Forza Neftçi”nin üzvü Tural Alışova ünvanladıq. O, “Football-plus.az”a açıqlamasında bunları dedi:

“Əvvəldən elan verdiyimiz kimi, bu mövsüm qalan oyunların hamısında iştirak edəcəyik. Təkcə son oyundakı nəticəyə yox, uğursuz mövsümə görə sonda klub rəhbərliyindən hesabat və növbəti mövsüm üçün planlarını tələb edəcəyik”.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla