AZ

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 188-ə yüksəlib

İsrailin 7 aydan çoxdur hücumlarını həyata keçirdiyi Qəzza zolağında öldürülən Birləşmiş Millətlər Təşkilatı əməkdaşlarının sayı 188-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında Qəzza zolağındakı vəziyyətlə bağlı məlumat verilib.

Bildirilib ki, İsrail ordusu Qəzza zolağında havadan, qurudan və dənizdən hücumlarını davam etdirir, daha çox mülki əhalinin ölümünə, infrastrukturun zədələnməsinə və fələstinlilərin köçməsinə səbəb olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla