AZ

Neftçi” hansı halda Avropa qatarına minməyə bilər?

Mövsüm sona yaxınlaşdıqca sualların sayı artır.

“Qarabağ” çempionluğu təmin edib, üstəlik, ölkə kubokunun finalına vəsiqə qazanıb. Rəqibi isə mövsümü “4-lük”də başa vurmaqda şanslı görünən “Zirə”dir.

Bu o deməkdir ki, kubokun finalındakı nəticədən asılı olmayaraq, çempionatın ilk 4 komandası yayda ölkəmizi avrokuboklarda təmsil edəcək.

Biri “Qarabağ”dır, digər 3 yerə 4 iştirakçı iddia edir – “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi”. Biri mütləq kənarda qalacaq.

Görünən budur ki, hər ötən gün “Neftçi”nin ziyanına işləyir. Sonda hansısa komanda(lar)yla xalları bərabər olacağı halda, şəxsi görüşlərdəki nəticələr əsas götürüləcək.

“Ağ-qaralar”ın əsas rəqibləri ilə görüşlərdəki nəticələrinə nəzər salaq.

“Zirə”ylə şəxsi oyunlarda “Neftçi”nin üstünlüyü var.

Zirə - Neftçi 1:1

Neftçi – Zirə 1:0

Neftçi – Zirə 1:0

Zirə - Neftçi 3:1

“Sabah”la 3 matç baş tutub. Sonuncu 36-cı turda keçiriləcək. İndiki məqamda “ağ-qaralar” “tələbələr”i üstələyir.

Sabah – Neftçi 1:1

Neftçi – Sabah 0:1

Sabah – Neftçi 0:0

Yalnız “Sumqayıt”la duellərdə “Neftçi” rəqibindən geridə qalır.

Sumqayıt – Neftçi 0:1

Neftçi – Sumqayıt 1:2

Sumqayıt – Neftçi 2:1

Neftçi – Sumqayıt 1:1

Göründüyü kimi, yekunda xallar bərabər olacağı halda, bakılılar “Zirə”ni qabaqlayacaq. “Sumqayıt”la şəxsi münasibətlərdə “kimyaçılar” öndə olacaq. “Sabah”la mövzuya isə sonuncu turun oyunu aydınlıq gətirəcək.

Təbii ki, məsələ ora qədər uzanarsa.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla