AZ

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

“Qlobal neft bazarı defisit vəziyyətindədir və yaxın gələcəkdə karbohidrogenlərə tələbat artmaqda davam edəcək”.

Bunu Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin maliyyə direktoru Ziyad əl-Mürşəd deyib.

İnvestorlarla telekonfrans zamanı top menecer xatırladıb ki, “S&P Global”ın son proqnozuna əsasən 2024-cü ildə neftə tələbatın sutkada 1,7 milyon barelə qədər artacağı gözlənilir. O, həmçinin OPEC-ə daxil olmayan bəzi ölkələrdən neft tədarükünün artmasına baxmayaraq, kommersiya neft ehtiyatlarının beş ilin ən aşağı səviyyəsinə endiyini qeyd edib.

Maliyyə direktorunun fikrincə, dünyanın aparıcı iqtisadiyyatlarında iqtisadi artım neftə artan tələbin ciddi şəkildə artmasına gətirib çıxarır.

“Biz gözləyirik ki, tələbat artmağa davam edəcək”, - deyə əl-Mürşəd yekunlaşdırıb.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
8
Mənbələr
Şərh ()
Bağla