AZ

BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb

"HƏMAS-ın 7 oktyabrda törətdiyi terror aktı nəticəsində 1100-dən çox israillinin, Qəzzada 34 mindən artıq fələstinlinin qətlindən sonra gördüklərimiz bəs deyilmi?.."
 
İsrail Müdafiə Ordusunun "Rafah" nəzarət-buraxılış məntəqəsini tutması barədə məlumatlardan sonra BMT baş katibi Antoniu Quterriş İsrailə müraciət edərək "Qəzzada hər hansı eskalasiyaya son qoymağa" çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə baş katib Nyu-Yorkda BMT-nin mənzil-qərargahında mətbuat konfransında bəyan edib.
 
"Rafah" və "Kərəm-Şalom" nəzarət-buraxılış məntəqələrinin bağlanması onsuz da ağır olan humanitar vəziyyət üçün xüsusilə təhlükəlidir. Bu məntəqələr yenidən dərhal açılmalıdır", - o, deyib.
 
O, İsrail hökumətinə HƏMAS-la davam edən danışıqlarda daha əməli iştirak etməyə çağırış edib.
 
"HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktı nəticəsində 1100-dən artıq israillinin, Qəzza bölgəsində 34 mindən artıq fələstinlinin qətlindən sonra gördüklərimiz bəs deyilmi?" - o, sual edib.
 
Quterriş həm Qəzza bölgəsində fələstinlilərin, həm də israilli girovlar və onların ailələrinin dözülməz əzablarına son qoymaq üçün İsrail ilə HƏMAS arasında sazişin bağlanmasının zəruriliyini vurğulayıb.
 
"Əgər həftələrlə Qəzzada sülhün bərqərar olunması üzrə intensiv diplomatik fəaliyyət atəşkəsə gətirib çıxarmasa, faciə olacaq. Girovlar azad edilməyəcək, Rafaha isə dağıdıcı hücum olacaq", - o, deyib və hər iki tərəfə "elə indi saziş əldə etmək üçün siysasi müdriklik göstərməyə və səyləri əsirgəməməyə çağırış edib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla