AZ

YUXU İFLİCİ. QARABASMA.

Bağırırsınız amma səsiniz çıxmır.
Üstünüzdə oturan əcayib varlıq sizi boğur, qova bilmirsiniz…

Yuxudan qəfil boğulma hissi ilə oyanırsınız, sanki üstünüzdə biri oturub və sizi boğur. Bəzən onunla əlbəyaxaya da çıxa bilirsiniz. Sonra yoxa çıxır..
Nəfəsiniz kəsilir, səslənə bilmirsiniz. Hətta elə həddə gəlib-çatır ki, əllərinizi və ayaqlarınızı tərpədə bilmirsiniz. Qorxudan, çarəsizlikdən çırpınıb durursunuz. 
Dünyanın demək olar ki bütün mədəniyyətlərində fərqli adlar (jinn, qarabasma) verilən bu qorxulu vəziyyətin elmi izahı vardır.

Yaşadığınız bu hal yuxu iflicidir. Bir insanın yuxudan oyandığı halda hərəkət edə və ya danışa bilməmə halıdır. Bu, tez-tez REM yuxusundan canlı röya ərəfəsinə (bütün əzələlərin iflic yaşadığı paradoksal yuxu mərhələsinə) keçiş zamanı bədənin yuxudankənar hərəkətlərini əngəlləmək üçün baş verir. Yəni qoruyucu funksiya yerinə yetirir. Yuxu iflici zamanı, zehin hələ yuxu dünyasında duyğu səpələnməsı (sensory spill)  yaşadığı üçün bulanıq (dumanlı) olur və bu, şəxsin hallüsinasiya görməyinə səbəb ola bilir. Həmin an hissedilən nəfəs ala bilməmə, döş qəfəsindəki ağırlıq hisslərinin səbəbi də əzələlərin hələ də paraliz vəziyyətində olmağıdır. Hansısa mövcüd olmayan, bədbaxt bir canlı deyil.

Əzələlərdə niyə paraliz vəziyyət yaransınki? deyə soruşursunuzsa, izah edim. Yatdığımız zaman beynimiz müxtəlif aralıqlarla REM və NonREM deyilən mərhələlər yaşayır. Yuxular REM ərəfəsində görülür. Ruxu zamanı qaçmaq, hoppanmaq, yerimək və hətta uçmaq kimi hərəkətləri yatağınız üzərində etməməyiniz üçün bədən iflic vəziyyətində olur. Əvvəllər yuxu zamanı beynin öldüyünü deyərdilər. Bunun mif olduğu sonralar araşdırıldı və görüldü ki, beyin elə sahibi yatarkən də zəhmətkeşcəsinə işləyir. Yuxu zamanı yatan sadəcə bədəndir. “Lunatik”lərdə isə vəziyyət bir qədər başqadır.

Yuxu iflici: beynin oyanıb, zehnin açıldığı bir zamanda bədəndəki paralizin davam etməyi deməkdir. İnsan bədənini hərəkət etdirməyə, danışmağa, nəfəs almağa çalışır amma iflic olduğu üçün bunu edə bilmir. Bu vəziyyət çox nadirən uzun sürə bilir. Adətən bir neçə saniyə vəya dəqiqə çəkir. Şəxs REM yuxusuna geri döndükdə hərşey əvvəlki halına qayıdır. Ya da o, tamamilə yuxudan oyandığı zaman bu işgəncəsi bitmiş olur.

Hərkəs ömründə bir dəfə də olsa yuxu iflicini yaşayır. Bunun üçün yuxu pozuntusu vəya hansısa patalogiyanın olmağı vacib deyil. Düzənsiz yuxu rejimi, stressli iş-həyat, yanlış qidalanma, qəbul edilən bəzi dərmanlar yuxudakı narahatçılıqlara səbəb ola bilər. Bunlara nəzər yetirsəniz, yuxu iflici problemində azalmanın olması yüksək ehtimaldır. Cin çıxartma “əməliyyatları”na verəcəyiniz pullarla da özünüzə rahat yastıq-yorğan alın, şəraitə bağlı yuxu problemləriniz aradan qalxmış olsun.

Əgər hərşeyə rəğmən, bu problem davam edirsə, bir EEG çəkdirməyinizdə fayda vardır. Bir nevroloq ya da psixiatrla görüşün. Yuxu, sağlamlığınızın çox vacib hissəsidir, unutmayın.

Psixi sağlamlığınızın qayğısına qalmanız diləyilə…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla