AZ

Kilian Mbappe: “Useyn Bolta qarşı heç bir şansım yoxdur!”

PSJ-nin ulduz hücumçusu Kilian Mbappe 100 metr məsafəyə qaçışda əfsanəvi yamaykalı atlet Useyn Boltu qabaqlaya bilməyəcəyinə inanır.

Arena.az xatırladır ki, Bolt əvvəllər Mbappe ilə rəqabət aparmaq istədiyini dilə gətirmişdi.

“Belə bir insana ilham verməyim çox gözəldir. O da hər kəsi ruhlandırırdı. Sadəcə deyə bilərəm ki, bu, qarşılıqlıdır. O, mənə heyran olana qədər mən ona heyran olmağa başlamışdım. Qaçış? Mənim heç bir şansım yoxdur! Amma əylənmək üçün cəhd etmək yaxşı olardı”, deyə Mbappe yarızarafat-yarıgerçək bildirib.

Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz futbolçu Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 304 oyun, 255 qol, 108 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla