AZ

Bolqarıstanda keçiriləcək seçkilərdə 20 partiya və 11 koalisiya iştirak edəcək

Avropa Parlamentinə deputat seçkilərində və Bolqarıstan Xalq Məclisinə növbədənkənar seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 20 partiya və 11 koalisiya qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə MSK-nın rəsmi nümayəndəsi Rositsa Mateva deyib.

"Seçkilərdə iştirak üçün ərizələrin qeydiyyatı prosedurları başa çatıb, mayın 8-də siyasi birliklərin seçki bülletenlərinə daxil ediləcəyi nömrələrin rəsmi püşkatması keçiriləcək", - Mateva qeyd edib. 

O aydınlaşdırıb ki, seçkilərdə iştirak etmək üçün namizədlərin siyahılarında dəyişiklik edilə bilən son gündə iki partiya - Sağ və "Bolqarıstan üçün Respublikaçılar" seçki kampaniyasında iştirakdan rəsmən imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla