AZ

Lukaşenko: Belarusa qarşı istənilən hərbi təcavüzə dərhal cavab veriləcək

Belarus prezidenti Aleksandr Lukaşenko respublikaya qarşı istənilən hərbi təcavüzə dərhal cavab verəcəyini vəd edib.

"Operativ Media" xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb. 

"Sakit olacaq, burada da sakitlik olacaq, əgər kimsə bizə qarşı silah işlətsə, biz heç bir xətt çəkməyəcəyik", - Lukaşenko deyib. 

Dövlət başçısı xatırladıb ki, bu yaxınlarda ÜmumBelarus Xalq Assambleyası dövlətin konstitusiya quruluşunun etibarlı müdafiəsini təmin etməyə kömək edəcək konkret strateji tədbirləri müəyyən edən iki fundamental sənəd - Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrina qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
Mənbələr
Şərh ()
Bağla