AZ

Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edildi

Bakı. Trend:

Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesindəregional dinamika müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiyavə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina paylaşımedib.

O bildirib ki, NATO-nun Brüsseldəki mənzil qərargahındaErmənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iləgörüşüb.

X.Kolomina vurğulayıb ki, görüşdə Azərbaycanla Ermənistanarasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakınormallaşma prosesində regional dinamika müzakirə olunub.

Qeyd edək ki, mayın 10-da Azərbaycan və Ermənistanın xariciişlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almatıdagörüşəcək. Görüşün əsas mövzusunu iki ölkənin ərazi bütövlüyününqarşılıqlı tanınması təşkil edəcək.

Bundan başqa, iki ölkə arasında öhdəliklərin yazılı təsdiqolunacağı, eləcə də, regionda nəqliyyat infrastrukturunun vəticarət marşrutlarının açılmasının müzakirə olunacağıgözlənilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikası vəErmənistan Respublikası arasında sərhəddə Azərbaycan RespublikasıBaş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan RespublikasıBaş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikasıilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrədelimitasiya prosesini davam etdirmək barədə razılıq əldəolunub.

Bu razılıq sülhə doğru önəmli addım olmaqla yanaşı, mayın 10-daAzərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov vəArarat Mirzoyanın Almatıda keçiriləcək görüşü ilə bağlıgözləntiləri artırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
Mənbələr
Şərh ()
Bağla