AZ

"Apple" kompüterlərində təhlükəli virus AŞKARLANDI

"Apple" kompüter istifadəçiləri cihazlarının ekranının şəkillərini çəkən virusla qarşılaşıblar.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Zərərli proqram əsasən "Spotify" xidmətinin istifadəçiləri üçün nəzərdə tutulmuş "DumpMedia Spotify Music" proqramı vasitəsilə yayılıb.

Məlum olub ki, tətbiqi yüklədikdən sonra təhlükəli virus bəzi istifadəçi məlumatlarını köçürüb. Belə ki, o, kompüter haqqında məlumat toplayıb, "Notes", "Telegram", "Discord" kimi bir sıra proqramlardan məlumat ötürüb.

Mütəxəssislər ehtiyat tədbiri olaraq naməlum mənbələrdən proqramları yükləməməyi tövsiyə ediblər.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla