ABŞ-ın Oklahoma ştatında güclü tornado baş verib.
Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, təbii fəlakət səbəbindən ağaclar və elektrik xətləri aşıb, 30-40 ev zərər görüb, qaz sızması səbəbindən bir qocalar evi təxliyə edilib. Fövqəladə Hallar İdarəsi, qasırğanın uçurduğu dağıntılar səbəbindən bir çox yolun bağlandığını, 1 nəfərin öldüyünü açıqlayıb.
Türkan
Sitat.info