AZ

NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib

NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüb.

APA xəbər verir ki, NATO rəsmisi bu barədə "X" hesabında bildirib.

Onun sözlərinə görə, görüş NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutub.

"NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edildi", - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
36
Mənbələr
Şərh ()
Bağla