AZ

Britaniyada LockBit haker qrupunun rəhbəri rus imiş

Böyük Britaniya, ABŞ və Avstraliya LockBit haker qrupunun liderlərindən hesab edilən rusiyalı Dmitri Xoroşevə qarşı sanksiyalar tətbiq edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

"LockBit son illərdə 200-dən çox Böyük Britaniya biznesinə və böyük dövlət xidmət təminatçılarına hücumlara görə cavabdeh olan ən məhsuldar ransomware qruplarından biri olub", - Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd olunur ki, Dmitri Xoroşev müxtəlif ölkələrdə minlərlə qurbandan 1 milyard dollardan çox pul tələb edilməsi ilə bağlı kibercinayətlər üzrə davam edən istintaq çərçivəsində “müəyyən edilib”.

 

Britaniya Xarici İşlər Nazirliyi LockBit-in kriminal biznesdəki fəaliyyətini çox yüksək qiymətləndirərək, haker qrupunun keçən il dünya üzrə ransomware hücumlarının dörddə birinə cavabdeh olduğunu bildirdi. Qurbanlar arasında məktəblər, xəstəxanalar və iri şirkətlərin adı çəkilib.

 

“Dmitri Xoroşev özünü məzəmmətdən üstün hesab edirdi, hətta kimliyini açıqlaya bilən hər kəsə 10 milyon dollar təklif edirdi, lakin bu hərəkətlər bu mifi dağıtdı. LockBit və onun filialları ilə bağlı araşdırmamız davam edir və beynəlxalq tərəfdaşlarımızla işləyərək, onların fəaliyyətinə mane olmaq və ictimaiyyəti qorumaq üçün əlimizdən gələni edəcəyik”, - Böyük Britaniya Milli Cinayət Agentliyinin baş icraçı direktoru Qrem Biqqar bildirib.

 

31 yaşlı Xoroşevə qarşı sanksiyalara krallığa girişin qadağan edilməsi və aktivləri aşkar edilərsə, onun dondurulması daxildir.

 

2023-cü ilin noyabrında dünyanın ən böyük bankı olan ICBC bir qrup ransomware hakerinin hücumuna məruz qaldı. Bu, ABŞ dövlət istiqrazları ilə əməliyyatları pozdu: hakerlər bankın sistemlərini şifrələdilər və onların kilidini açmaq üçün fidyə tələb etdilər. Ekspertlərin fikrincə, hücumun arxasında LockBit qrupu dayanıb.

 

Fevralın 20-də Qərb ölkələrinin hüquq-mühafizə orqanları LockBit haker qrupunun ləğv olunduğunu elan edib. Əməliyyatda 11 ölkədən kibermütəxəssislər iştirak edib və hakerlərin zərərli proqramları yaymaq üçün istifadə etdiyi 11 min domen adı müsadirə edilib.

 

Bundan sonra ABŞ Ədliyyə Nazirliyi iki rusiyalını LockBit haker qrupunda iştirakda ittiham edib. Xoroşev onların arasında deyildi.

 

Əvvəllər Kaspersky Laboratoriyası bildirmişdi ki, ransomware istənilən sənayedəki təşkilatlar üçün əsas kiber təhlükə olaraq qalır.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla