AZ

Ulduz futbolçu daşqınlarda 100 nəfəri xilas etdi

“Qremio”nun futbolçusu Dieqo Kosta Braziliyada vermiş dağıdıcı daşqınlarda 100 nəfərin xilas olunmasına kömək edib.

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu daşqın zamanı sıxışan insanları təhlükəsiz yerə çatdırmaq üçün cip və qayığından istifadə edib. Təcrübəli forvard xilasetmə işlərinə dostlarını da cəlb edib. 

Qeyd edək ki, Dieqo Kosta bu ilin yanvar ayından "Qremio"da çıxış edir. İspaniya millisinin sabiq üzvü daha əvvəl "Braqa", "Atletiko", "Çelsi", "Albasete", "Penafiel", "Selta", "Vulverhempton" və "Botafoqo"nun formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla