AZ

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

Gürcüstanda

Tbilisi, 7 may, AZƏRTAC

Gürcüstanda fəaliyyət göstərən “Aktual Media” təşkilatı bu ölkədə yaşayan və böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlayıb.

Bu barədə AZƏRTAC-a “Aktual Media” qrupunun rəhbəri, aktual.ge xəbər portalının direktoru İlkin Hüseynov məlumat verib. Onun sözlərinə görə, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, haqqımızda mənfi rəy yaradırlar. “Haqlı olaraq yeni nəsil azərbaycanlılar bununla razılaşmırlar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəldi. Əsas məqsəd məlum stereotipləri dağıtmaq, azərbaycanlıların təkcə Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında deyil, xarici ölkələrdə də müxtəlif sahələrdə qazandıqları uğurları geniş ictimaiyyətə çatdırmaqdır”.

O bildirib ki, müxtəlif sahələrdə uğur qazanmış gənclərimizin həyat həkayələrini əks etdirəcək bədi-sənədli film 45 dəqiqəlik olacaq. “Novella” adlanacaq filmdə ilk olaraq böyük uğurlar qazanmış 7 gənc qəhrəmanın həyat yolundan bəhs olunacaq. Ssenari əsasında artıq şəkilişlərə başlanılıb. Çəkilişlər təkcə Gürcüstanda deyil, Azərbaycanda da aparılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla