AZ

"Rəfah əməliyyatının məqsədi HƏMAS-ı məhv etmək və girovları azad etməkdir"

Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirilən əməliyyatın məqsədləri radikal HƏMAS hərəkatının məhv edilməsi və Fələstin anklavında radikalların saxladığı girovların azad edilməsidir.

Redaktor.az xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib. Onun sözlərinə görə, HƏMAS-ın saziş üzrə danışıqlarda təklifi İsrail tərəfinin tələblərinə cavab vermir.

“Rəfəha girməyin iki əsas hərbi məqsədi var: oğurlananların geri qaytarılması və HƏMAS-ın məhv edilməsi”, - Netanyahu deyib.

“HƏMAS-ın dünənki (6 may - red.) təklifi İsrail ordusunun Rəfaha daxil olmasını maneə törətmək məqsədi daşıyırdı, çünki İsrail hərbi kabineti yekdilliklə təsdiqlədiyi üçün HƏMAS-ın təklifi İsrailin tələblərindən çox fərqlidir”, - o əlavə edib.

T.İSMAYIL
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
1
Mənbələr
Şərh ()
Bağla