AZ

Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb - Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə mayın 8-də taktiki nüvə silahları tətbiq etməklə qoşunların birgə koordinasiyası və istifadəsi məsələlərini müzakirə etmək niyyətindədir.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu bardə Lukaşenko Moskvaya səfə öncəsi bildirib.

Onun sözlərinə görə, iki ölkənin müdafiə bölmələrinin sinxron təftiş zamanı taktiki nüvə silahının təlim istifadəsi üçün siqnallar Belarus və Rusiya Federasiyasının Baş Qərargahları tərəfindən həyata keçiriləcək.

"Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb", deyə Belarus lideri vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
9
Mənbələr
Şərh ()
Bağla