AZ

“Mən narahat idim, hələ belə stresli oyun keçirməmişdim”

“Mən hələ belə stresli oyun keçirməmişdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın məşqçisi Anar Niftəliyev deyib.

Baş məşqçi Samir Abasovun qapıçılar üzrə yardımçısı 18 yaşlı qapıçı Xəyal Fərzullayevin Premyer Liqada debütünü dəyərləndirib.

“O, “Qarabağ”la oyunda çox rahat göründü. Komanda yoldaşları yaxşı dəstək oldu.

Düzdür, müəyyən səhvlər etdi. Bu da normaldır.

Gənc qapıçıdır və oyunun əhəmiyyəti böyük idi. Xəyal cavan uşaqdır. 18 yaşı var.

Amma oyundan bir gün öncə soruşdum ki, özünü hazır hiss edirsən? O da dedi ki, müəllim, narahat olma, mən rahatam.

Sanki özü-özünü belə bir gün üçün hazırlayırmış. Amma yenə narahat idim. Şükürlər olsun ki, sonda peşman olmadıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla