AZ

Belarus sərhədlərində hərbi vəziyyət qızışır, nüvə silahı TEST EDİLİR

"Belarusun qərb və cənub sərhədlərində hərbi vəziyyət qızışır".

Publika.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib .

“Hərbi blokların və alyansların digər ölkələrin təhlükəsizliyinə zərər vurmaqla genişlənməsi, eləcə də NATO-nun regionumuzda görünməmiş potensialının artması ilə vəziyyət qızışır. Bütün bunlar artıq Belarusun qərb və cənub sərhədlərindədir”, - Lukaşenko qeyd edib.

Lukaşenko həmçinin Belarus ordusunda nüvə silahından istifadənin yoxlanılmasından danışıb:

"Orduda qeyri-strateji nüvə silahlarından istifadənin yoxlanılması müdafiə xarakteri daşıyır".

Qeyd edək ki, mayın 7-də Belarusda qeyri -strateji nüvə silahı daşıyan qüvvə və vasitələrin qəfil yoxlanılmasına başlanılıb. “İsgəndər” əməliyyat-taktiki kompleksinin diviziyası və "Su-25" təyyarələrindən ibarət eskadrilya qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün hazırlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla