AZ

"Borussiya" onu satdığını təsdiqlədi

Dortmund "Borussiya"sı yarımmüdafiəçisi Cud Bellinqemi "Real"a satdığını təsdiqləyib.

Press.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.

 

"Borussiya" 19 yaşlı oyunçu üçün 103 milyon avro təzminat alacaq. Klub əlavə olaraq 30 milyona çata biləcək bonuslar qazanmaq hüququna malikdir. Bellinqem "Real"la 2029-cu ilin iyununa qədər müqavilə imzalayacaq.

İngiltərəli futbolçu ötən mövsüm Almaniya klubunun heyətində 42 oyuna çıxıb, 14 qol vurub və 7 qolun ötürməsini verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
Mənbələr
Şərh ()
Bağla