AZ

Prosineçkinin yeni iş yeri - Rəsmi

Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.

Press.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin "Rudes" klubunun baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb.

Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. 2022-ci ilin iyulunda "Olimpiya"dan (Lyublyana) istefaya göndərilən 54 yaşlı çalışdırıcı indiyə kimi işsiz idi.

Qeyd edək ki, "Rudes" 2023/2024 mövsümündə yüksək liqada oynamaq hüququ qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
Mənbələr
Şərh ()
Bağla