AZ

Sabiq "Qarabağ"lı milli karyerasını başa vurdu

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina milli komandasındakı karyerası ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 35 yaşlı qolkiper yığma karyerasını başa vurub. Təcrübəli futbolçu bununla bağlı instaqram hesabında paylaşım edib.

Şehiç 2010-cu ildə Bosniya və Herseqovina seçməsinin heyətində debüt edib. O, millisinin heyətində 55 rəsmi matçda iştirak edib.

Qeyd edək ki, İbrahim Şehim 2008-2015-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla