AZ

Şahzadə Harri Londona qayıdıb

Şahzadə

London, 7 may, AZƏRTAC

ABŞ-da yaşayan Şahzadə Harri Londona səfər edib.

AZƏRTAC xəbər verir ki, Sasseks hersoqu İnviktus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün Böyük Britaniyaya qayıdıb. Onun sabah Müqəddəs Paul Katedralında çıxış etməsi planlaşdırılır. Şahzadə Harrinin mətbuat xidmətindən bildirilib ki, o, atası Kral Çarlzla görüşməyəcək.

Qeyd edək ki, Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl “sarı mətbuatın” artan və çox vaxt qərəzli diqqətindən yayınmaq üçün 2020-ci il martın 31-də könüllü olaraq kral ailəsinin üzvü statusundan imtina edib. Onlar hazırda ABŞ-da yaşayırlar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
Mənbələr
Şərh ()
Bağla