AZ

QIRĞIZISTAN VƏ TACİKİSTAN SƏRHƏDİNDƏKİ ATIŞMANIN TƏFƏRRÜATLARI MƏLUM OLUB

Qırğızıstan sərhəd xidməti bu gün - mayın 7-də Tacikistanla sərhəddə baş verən atışmanın təfərrüatlarını açıqlayıb.

Qırğızıstan tərəfinin məlumatına görə, insident Batken vilayətinin Leylek rayonunun Ak-Bosoqo kəndi yaxınlığında baş verib. Belə ki, sərhədçilər ərazidə Tacikistan vətəndaşlarını - Qırğızıstan ərazisində mal-qara otaran çobanları görüblər.

Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoyulmayıb. Üstəlik, sərhədçilərə daş atmağa başlayıblar, atışma da açılıb. Qırğızıstan hərbçiləri arasında itki yoxdur. Yerli mətbuat xəbər verir ki, bir Tacikistan vətəndaşının xəsarət aldığı məlum olub.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla