AZ

Mühərrik boş vəziyyətdə niyə titrəyir?

Avtomobillərdə yaranan problemlərdən biri də mühərrikin boş dayanmış vəziyyətdə titrəməsidir.

Avtosfer.az xəbər verir ki, belə hall yanacaq təchizatı və alovlanma, nasaz mühərrik qurğuları və ya transmissiya ilə bağlı problemlər səbəbindən müşahidə edilə bilər.

Belə ki, yanacaq sistemi və ya alovlanma sistemindəki problemlər nəticəsində yaranan mühərrikin qeyri-bərabər işləməsi mühərrikin titrəməsinə səbəb olur. Alovlanma sisteminin müntəzəm saxlanması və təmizlənməsi bu vəziyyətin qarşısını almağa kömək edəcəkdir. Daha bir səbəb nasaz mühərrik yastıqları köhnəldikdə və ya zədələndikdə vibrasiya yaradır. Həmçinin, balanssız təkərlər, asma hissələrinin aşınması və ya deformasiyası da belə səbəblərdən biridir.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla