AZ

Autizm Mərkəzinin psixoloqu: "Autizm olan qızların və oğlanların xarakterik xüsusiyyətləri  fərqli olur" 

“Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində media nümayəndələri üçün autizm haqqında maarifləndirmə seminarı və mediatur təşkil edilib. "Yeni Azərbaycan" xəbər verir ki, tədbirin keçirilməsində  məqsəd media nümayəndələrini autizm haqqında məlumatlandırmaq və mərkəzdə autizmli şəxslərə verilən xüsusi təhsil xidməti ilə tanış etmək olub. Maarifləndirmə seminarında çıxış edən Autizm Mərkəzinin mütəxəssisi xəstəliyin əlamətləri, həmin şəxslərin təhsili və cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Autizm Mərkəzinin psixoloq və supervayzeri Aynur Qəribova bildirib ki, Autizm olan qızların və oğlanların xarakterik xüsusiyyətləri  fərqli olur: "Qızlar psixoloji olaraq daha çox ünsiyyətcildirlər və asanlıqla sosiallaşa bilirlər. Qeyd edim ki, autizmdə ən əsas əlamətlərdən biri sosiallıqdır və  emosionallıqdır. Ən əsas əlamətlər bunlar olduğu üçün və oğlanlar qızlara nisbətən daha çox özünə  qapalı olur". 

Psixoloq qeyd edib ki, "autizmlərdə  riyazi biliklər  yaxşı inkişaf edir" deyə yayılan anlayış tamamilə yanlış fikirdir: "Bütün autizmli uşaqlarda hər hansı bir bacarıq maksimum inkişaf etdirmək üçün onun üzərində xeyli çalışmaq lazımdır.  Ümumiyyətlə, təkcə autizmli uşaqların deyil, hər bir uşağın potensialını kəşf etmək lazımdır.  Gördüyü, eşitdiyi hər şeyi xırda detalına qədər yadında saxlaya bilən autizm uşaqları da var. Və yaxud uşaq var ki,  şeirləri, mahnıları oxuduğu şəkildə yadında saxlaya bilir. Hər bir insanın 3-5 yaşında müəyyən bir bacarığı mütləq var. Sadəcə onu inkişaf etdirmək lazımdır". 

DOST Agentliyinin “Könüllü DOST” proqramının həyata keçirdiyi “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli uşaq və gəncləri, həmçinin media nümayəndələri ilə  birgə rəmzi ağacı rəngləyib.

Qeyd edək ki,  mediatur zamanı jurnalistlər Autizm Mərkəzindəki şəraitlə tanış olublar, autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramının izləyiblər.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla