AZ

Şehiç milli karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

QOL.az xəbər verir ki, bu barədə 35 yaşlı qolkiper böz İnstaqram hesabında paylaşım edib. O, yığma ilə vidalaşıb və azarkeşlərə, ailəsinə, dostlarına, məşqçilərinə təşəkkür edib. 

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"da oynayıb. O, Ağdam təmsilçisinin heyətində 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.

Şehiç hazırda karyerasını "Əl-Halic"də (Səudiyyə Ərəbistanı) davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
teleqraf.com

1Mənbələr