AZ

Müəllimlərdən pul tələb edən bağça müdiri ilə bağlı qərar...

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.
BUTA.TV-ın məlumatına görə, bu barədə idarə məlumat yayıb. Qeyd olunub ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
35
Mənbələr
Şərh ()
Bağla