AZ

Keniyada daşqınlarda ölənlərin sayı 238-ə çatıb

Keniyada daşqınlarda ölənlərin sayı 238-ə çatıb

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 238-ə yüksəldiyi bildirilib.


Hökumət sözçüsü İsaak Mvaura mətbuata açıqlamasında daşqınlarda həyatını itirənlərin sayının 238-ə yüksəldiyini, 75 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Bu arada səlahiyyətlilər Hidaya qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edərək, qasırğanın sahilyanı bölgə üçün təhlükə yaratdığını bəyan ediblər.

Balıq tutmağın növbəti xəbərdarlığa qədər qadağan edildiyi açıqlanıb.

Hökumət yaxın günlərdə güclü yağış və güclü küləyin güclənəcəyi barədə xəbərdarlıq edərək, vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.

Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
2
Mənbələr
Şərh ()
Bağla